Məxfİlİk Sİyasətİ

Məxfiliyə dair Siyasət bu siyasətə istinad edən veb saytların (hər biri bundan sonra "Sayt" adlanacaq) məlumat təcrübələrini əhatə edir. Bu veb saytın məlumat nəzarətçisi və hüquqi ünvanı olan şirkətidir:

Marş Sığorta və Təkrarsığorta üzrə Broker MMC
45A, Khagani Street
3rd floor Landmark II
1010 Baku, Azerbaijan

Bu saytdan və ondan təqdim edilən xidmətlərdən yararlanmaq üçün sizin ən azı 18 yaşınız olmalı və hüquqi baxımdan məcburi hesab edilən müqavilələri bağlamaq üçün hüquqi səlahiyyətə malik olmalısınız.

Sizə təcrübələrimiz barədə məlumat vermək üçün biz hazırkı Məxfiliyə dair Siyasəti işləyib hazırlamışıq və Sayt boyu bizim adımızdan toplanmış şəxsi məlumatlar hazırkı Siyasətə uyğun olaraq işlənəcək. Bu Saytdan istifadə edərək siz aşağıda daha ətraflı verilən Məxfiliyə dair Siyasətə uyğun olaraq Saytda saxlanılan və sizin tərəfinizdən Sayta təqdim olunan şəxsi məlumatlardan və digər məlumatlardan istifadəyə, onların saxlanmasına və işlənməsinə icazə verirsiniz.

Hazırkı Məxfiliyə dair Siyasət Saytın veb saytdan istifadə şərtlərinə ("Şərtlər") uyğun gəlir.

Bəzi konkret vəziyyətlərdə biz sizin şəxsi məlumatlarınızı Avropa İqtisadi Zonasından ("AİZ") kənara göndəririk. Zəhmət olmasa, əlavə məlumat almaq üçün məlumatların xaricə ötürülməsinə dair bölməyə baxın.

Biz bu Saytda kukilərdən istifadə edirik. Kukilər sizin veb brauzer və veb sayt arasında paylaşdığınız məlumatların hissələridir. Kukilərdən necə istifadə edilməsi, kukilərin isitfadə növləri və kukilərdən necə istifadə etmək barədə daha ətrafı məlumat əldə etmək üçün zəhmət olmasa, veb saytın naviqasiya informasiyalarına və aşağıdakı kuki bölmələrinə baxın.

Siz barənizdə toplanmış şəxsi məlumatlara çıxış hüququna maliksiniz və contact@marsh.com. Saytı vasitəsilə bizimlə əlaqə saxlamaqla bunu edə bilərsiniz. Sizin yurisdiksiyanın yerli qüvvədə olan qanunlarına uyğun olaraq, hər hansı bu cür informasiyaya çıxış tələbi bizim sizin haqqınızda saxladığımız məlumatları sizə təqdim edən zaman yaranan xərcləri qarşılamaq üçün ödənişlidir. Sizin həmçinin ziyan vura biləcək məlumatların hr hansı işlənməsindən imtina etmək və düzgün olmayan məlumatları düzəltmək, bloklamaq, silmək və ya məhv etmək hüququnuz vardır.

Bu şərtlə ki, buna icazə vermiş olasınız. Biz sizin şəxsi məlumatlarınızdan marketinq mqəsədləri üçün istifadə edə bilərik. Marketinq və üstünlük verdiyiniz məlumatları necə tənzimləmək haqda daha çox məlumat əldə etmək üçün zəhmət olmasa, aşağıdakı marketinq bölməsinə baxın.

Şəxsi məlumatların toplanması, istifadəsi və açıqlanması

Marş-ın Saytdan topladığı məlumatlar iki kateqoriyaya bölünür: (1) Saytımızın istifadəçilərinin könüllü olaraq Saytımıza təqdim etdikləri məlumatlar, və (2) istifadəçilərin Saytımız vasitəsilə axtarış aparan zaman toplanan izlənmə məlumatları.

  1. Sizin tərəfinizdən könüllü olaraq təqdim edilən məlumatlar
    Bu Saytdan istifadə edən zaman siz kömək etmək üçün bizə informasiya vermək üsulunu seçə bilərsiniz. Bizim topladığımız şəxsi məlumatlar sizin bu Saytdan necə istifadə etməyinizdən asılı olacaq.

    Broşuranı harada soruşursunuz
    Əgər siz bizdən broşura və ya əlavə məlumat istəsəniz, siz adınızı, e-poçt ünvanınızı, təşkilatınızın adını, və yaşadığınız ölkənin adını təqdim etməlisiniz ki, biz istədiyiniz materialı sizə göndərə və sizin Marş-ın mövcud müştərisi olub-olmadığınızı müəyyən edə bilək.

    Bizdə harada qeydiyyatdan keçə bilərsiniz və / və ya sığorta qiyməti haqda məlumat
    Əgər siz saytda qeydiyyatdan keçirsinizsə, yaxud sığorta qiymətini soruşursunuzsa, biz sizdən adınızı, e-poçt ünvanınızı, ölkənizi, telefon nömrənizi və müraciət etməyinizin səbəbini, eləcə də vəzifəniz və təşkilatınız haqda məlumatı və sizə qiymət təklifini verməmiz üçün məntiqli şəkildə lazım ola biləcək bu cür digər məlumatları soruşa bilərik. Məlumatların təqdim edilməsi formasında biz ulduz işarəsi ilə hansı məlumatların seçim üzrə və hansı məlumatların məcburi olduğunu göstəririk. Sizin bizə göndərdiyiniz istənilən məlumatdan yalnız saytda və ya hazırkı Məxfiliyə dair siyasətdə göstərilən məqsədlər üçün istifadə ediləcək.

    Məlumat verildikdən sonra əgər siz davam etmək istəsəniz, biz müvafiq məlumatı yekunlaşdırmaq üçün lazım olan şəxsi məlumatları toplayacaq və əməliyyatı davam etdirəcəyik, məsələn: adınız, ünvanınız, poçt kodunuz, əlaqə nömrəsi, e-poçt ünvan, hesab ünvanı və ya məhsula aidiyyəti olan ödəniş rekvizitləri. Biz sizin siyasətinizi həyata keçirmək, iddiaları işləmək və ümumiyyətlə, bizimlə əlaqənizi idarə etmək üçün sizin şəxsi məlumatlarınızdan istifadə edəcəyik. Zəhmət olmasa, şəxsi məlumatları alan şəxslərin kateqoriyaları ilə bağlı məlumat əldə etmək üçün Sizin Məlumatların Açıqlanması bölməsinə baxın.

    Şərhləri harada yerləşdirirsiniz
    Nəhayət, saytınızda istənilən mövzu üzrə şərh yerləşdirirsinizsə, biz sizdən adınızı və e-poçt ünvanınızı soruşacağıq, belə olan təqdirdə, siz seçim etmiş olsanız, başqaları da mövzu ilə bağlı şərh yerləşdirən zaman e-poçt vasitəsilə biz sizin məlumatları yeniləyə bilərik və həmçinin məlumatlardan istifadə siyasətimizə uyğun olaraq şərhləri dəyişdirə bilərik. Məlumunuz olsun ki, təqdim etdiyiniz məlumatlarla Marş işçiləri və saytın digər istifadəçiləri tanış ola biləcəklər.

  2. İşləmə / Veb-sayt Naviqasiya Məlumatları
    Saytda yerinizi dəyişən zaman biz ümumən istifadə edilən kukilər və veb-mayaklar (birlikdə - "Veb-saytın Naviqasiya Məlumatları") kimi məlumat toplayıcı vasitələrlə məlumatları toplaya bilərik. Veb-saytın Naviqasiya Məlumatlarına sizin veb brauzerinizdən standart məlumatlar (məsələn, brauzer növlü və brauzer dili), sizin İnternet Protokolunuzun ("İP") ünvanı və saytda yerinə yetirdiyiniz hərəkətlər (veb səhifələrə baxılması və linklərin kliklənməsi) daxildir. Biz aşağıda bu veb-saytın Naviqasiya Məlumatlarını daha ətraflı təqdim edirik.

Marketinq

Razılıq verdikdən sonra biz Marş-ın sığorta və maliyyə xidmətləri, riskin idarə edilməsi və konsaltinq xidmətləri üzrə təklif etdiyi digər informasiya və məhsullar haqda məlumat verməyimiz üçün sizin şəxsi məlumatlarınızdan istifadə edə bilərik və fikirləşirik ki, bizim törəmə şirkətlərimiz sizin üçün maraqlı ola bilər. Sizinlə poçt, telefon, e-poçt və ya digər vasitələrlə əlaqə saxlaya bilərik.

Məlumat mərkəzinə çıxış əldə etməklə hansı marketinq məlumatlarını ala biləcəyiniz haqda məlumatlı ola biləcəksiniz. Hansı marketinq məlumatlarını və hansı formatda almaq seçimi edə bilərsiniz (yəni, e-poçt, SMS, yaxud RSS kanalı vasitəsilə).

Məlumatın alınmasından imtina

Əgər siz əvvəl marketinq məlumatları almaq istəyinizi bildirmişsinizsə, lakin bu məlumatları Marş-dan almaq üçün daha uzun müddət gözləyə bilmirsinizsə, zəhmət olmasa, hazırkı Məxfiliyə dair siyasətin sonunda verilən əlaqə nömrələrindən istifadə etməklə bizimlə əlaqə saxlayın, yaxud da bizim nümayəndələrdən biri ilə nə vaxt danışa biləcəyini bizə bildirin. Siz həmçinin məlumatın sonunda "abunəni dayandırmaq" düyməsinin klikləməklə və ya sayta daxil olmaqla və əvvəl əldə etmək istədiyiniz istənilən məlumatı növbəti gün götürməklə daha məlumat almayacaqsınız. Əgər məlumatlar sizə müraciət etdiyiniz xidmətləri almaq üçün lazımdırsa və bu məlumatlarda marketinq məlumatları verilmirsə, onda siz məlumatlardan imtina edə biləcəksiniz.

Veb saytın Naviqasiya Məlumatları

Kukilər

Bir çox şirkətlərdə olduğu kimi biz bu Saytda kukilərdən istifadə edə bilərik. Kukilər sizin veb brauzer və veb sayt arasında informasiya mübadiləsinin hissələridir. Kukilərdən istifadə edilməsi istifadəçinin apardığı əməliyyatların daha sürətli və daha asan olmasına kömək edir. Tərkibində kuki olacaq yeganə şəxsi məlumat sizin təqdim etdiyiniz məlumatdır. Kuku kompüterinizin diskindən məlumatları oxuya bilmir.

Müxtəlif funksiyalara malik müxtəlif növ kukilər mövcuddur:

(i) seans kukiləri: bunlar veb seans zamanı kompüterinizdə saxlanılan kukilərdir. Onlar avtomatik olaraq brauzer bağlı olan zaman silinir. Onlar adətən sizə veb sayta baxan zaman hər bir səhifəyə baxmağa ehtiyac olmadan seansın anonim identifikatorunu saxlamağa imkan verirlər. Onlar kompüterinizdən informasiyaları toplamır.

(ii) Daimi kukilər –kompüterinizdə fayl kimi saxlanılan daimi kukilərdir və siz veb brauzeri bağlayan zaman onlar kompüterdə qalırlar. Siz yenidən veb sayta daxil olduqda, kukini onu yaradan veb saytda oxumaq mümkündür.

(iii) Birinci tərəf kukilər: bu növ kukilərin funksiyası sizin məlumatlarınızı konkret veb saytda saxlamaqdır. Onlar saxlanılır və server və sizin kompüterinizin bərk diski arasına göndərilir. Onlar sizin yaratdığınız personlaşdırmadan başqa heç bir funksiya üçün istifadə edilmir. Biz heç vaxt sizin Saytlarınızda üçüncü tərəf və ya qeyri-qənaətbəxş kukilərdən istifadə etmirik, baxmayaraq ki, biz veb-mayaklar təqdim edən üçüncü tərəfdən istifadə edirik (zəhmət olmasa, veb-mayaklar bölməsinə baxın).

We never use third-party or unsatisfactory cookies on our Sites, although we do use third party provided web beacons (please see the section on Web Beacons).

Bütün bu kuki kateqoriyaları barədə məlumat əldə etmək və ümumiyyətlə, kukilər barədə daha çox məlumat əldə etmək üçün zəhmət olmasa, aboutcookies.org saytına istinad edin.

Biz aşağıdakı məqsədlər üçün kukilərdən istifadə edirik:

Kukilər harada daha çox vacibdir
Bu kukilər sizin saytda hərəkət etməyinizə və məsələn, saytın təhlükəsizlik sahələrinə çıxış kimi onun xüsusiyyətlərindən istifadə etməyinizə imkan vermək üçün olduqca vacibdir. Bu kukilər olmadan, məsələn, məlumat əldə etmək və ya hesabınıza daxil olmaq kimi sizin müraciət etdiyiniz xidmətlərin göstərilməsi mümkünsüz olardı. Bu kukilər sizin marketinq üçün istifadə edə biləcəyiniz və ya internetdə harada olduğunuzu yadda saxlaya biləcəyiniz məlumatları toplamır.

İcra
Bu kukilər istifadəçilərin saytdan necə istifadə etdikləri haqda məlumatları toplayırlar, məsələn, istifadəçilərin ən çox hansı saytlara daxil olduqları, və onların internet səhifələrindən səhv mesaj alıb-almadıqları haqda məlumat. Onlar bizə istifadəçilərin sayta neçə dəfə daxil olduqlarını saymağa və qeydə almağa imkan verir, bunların hamısı bizə istifadəçilərin saytdan necə istifadə etdiklərini görməyə və saytın işini daha da təkmilləşdirməyə imkan verir. Bu kukilər yalnız istifadəçini müəyyən edən məlumatları toplamır, belə ki, bu kukilərin topladıqları bütün məlumatlar anonim olur və yalnız saytımızın işini yaxşılaşdırmaq üçün istifadə edilir.

Funksionallıq
Bu kukilər saytımıza etdiyiniz seçimləri yadda saxlamağa (sizin istifadəçi adınız, dil, yaxud yaşadığınız region) və xüsusiyyətlərin daha da artırılmasına imkan yaradır. Məsələn, sayt sizin logininizi təfərrüatı ilə yadda saxlaya bilər, beləliklə də sizə saytınıza daxil olmaq üçün konkret qurğudan istifadə edən zaman təkrarən hesabınıza logininizi yazmağınız lazım gəlməyəcək. Bu kukilərdən həm də mətnin ölçüsünə, şifrəyə və veb səhifəsinin digər hissələrinə etdiyiniz dəyişiklikləri yadda saxlamaq üçün istifadə etmək olar. Onlardan həmçinin məsələn, videonun seyr edilməsi, yaxud da məqalə ilə bağlı şərhin verilməsi kimi müraciət etdiyiniz xidmətlərin göstərilməsi zamanı istifadə etmək olar. Bu kukilərin topladıqları məlumatlar adətən anonim olur. Onlar reklam üçün istifadə edilə biləcək, yaxud sizin İnternetdə hansı saytda olduğunuzu yadda saxlamaq üçün istifadə edilməyəcək.

Zəhmət olmasa, veb brauzerinizin "Kömək" sənədləri bölməsi ilə məsləhətləşin, yaxud da brauzeriniz üçün kukilərin yandırııb-söndürülməsi ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün aboutcookies.org saytına daxil olun.

Saytın statistik məlumatlarını tutuşdurmaq üçün biz Google Analytics saytından istifadə edirik.Google Analytics-in müəyyən etdiyi kukilər barədə daha ətraflı məlumat əldə etmək üçün zəhmət olmasa, Google Code veb saytına istinad edin.

Veb-mayakları

Bu sayt yalnız veb-mayaklardan istifadə edə bilər (üçüncü tərəflərin təqdim və ya təchiz etdikləri veb-mayaklar daxil olmaqla), yaxud da kukilərlə birgə Saytdakı istifadəçilərin saytdan necə istifadə etdikləri barədə məlumatları tutuşdura və Marş-ın təqdim etdiyi e-poçt ünvanları arasında əlaqə yarada bilər. Veb-mayaklar siz veb-mayakla əlaqəsi olan konkret sayta baxan zaman kompüterinizdə kukulər kimi müəyyən növ məlumatları və veb-mayaka qoşulmuş aytın təsvirini tanıyan aydın elektron imicdir. Biz saytlardan və e-poçt əlaqələrindən istifadə etmək və onları yaxşılaşdırmaq üçün veb-mayaklardan istifadə edirik. Sizə Marş və onun göstərdiyi xidmətlər barədə məlumat vermək üçün siz veb-mayaklardan daxil olan məlumatlardan bizim müştərilərimiz haqda malik olduğumuz digər məlumatlarla birgə istifadə edə bilərsiniz. Biz bu təhlili anonim aparacağıq.

İP ünvanları

Bizim saytlara daxil olan zaman qeyri-şəxsi məlumatları izləmək və bir yerə toplamaq üçün Marş sizin İnternet Protokol ("İP") ünvanlarınızı toplayır. Məsələn, Marş istifadəçilərin saytlara daxil olduqları regionlara nəzarət etmək üçün İP ünvanlarından istifadə edir. İP ünvanları elə yolla saxlanılır ki, sizin İP ünvanınızı müəyyən etmək mümkün olmur. Əgər siz İP ünvanınızın saxlanmasını istəmirsinizsə, zəhmət olmasa, yuxarıdakı İmtina bölməsində verilən üsullardan birindən istifadə edərək saytdan çıxın.

Məlumatların açıqlanması və ya onlardan istifadə edilməsi

Biz, sizin göstərişlərinizə (sizə xidmətlər göstərilməsi üçün bizimlə bağladığınız müqavilələr daxil olmaqla) uyğun hallar və ya hazırkı Məxfiliyə dair Siyasətdə müəyyən edilən hallar istisna olmaqla, sizin razılığınız olmadan Marsh & McLennan Companies, Inc. group ("MMCo") şirkətindən kənar şəxsi məlumatlarınızın, mübadilə edilməsinə, satılmasına, yaxud başqa cür yayılmasına imkan vermərik. Hazırkı Məxfiliyə dair Siyasət artıq geniş ictimaiyyətə məlum olan şəxsi məlumatlara tətbiq edilmir. Biz müstəqil şəkildə üçüncü tərəfdən şəxsi məlumat alanda, hətta şəxsi məlumatın aidiyyəti olduğu şəxsə şəxsi məlumatların əldə edilməsi səbəbləri barədə və onların MMCo kimi üçüncü tərəflərə açıqlana bilmələri kimi məlumat verilmiş olsa belə, hazırkı Məxfiliyə dair Siyasətin şərtləri bu şəxsi məlumatlara da şamil edilir.

Biz sizin şəxsi məlumatlarınızı qanunun tələb etdiyi çərçivədə və aşağıda göstərildiyi kimi istifadə edə və ya yaya bilərik:

(i) Xidmətlərin göstərilməsi. Müştərilərimizə göstərdiyimiz xidmətlərin normal gedişatında tədqiqat və statistik məqsədlər üçün, sistemin idarə edilməsi, cinayət əməllərinin qarşısının alınması vəaşkar edilməsi üçün şəxsi məlumatlar MMCo ilə paylaşıla bilər. Biz üçüncü tərəfin şəxsi məlumatlarını (adlar, ünvanlar və canlı fərdlərə aidiyyəti olan digər məlumatlar) təqdim edən zaman biz şəxsi məlumatların aidiyyəti olduğu şəxslərin şəxsi məlumatların əldə edilməsi səbəbi və onların MMCo kimi üçüncü tərəflərə açıqlana biləcəyi faktı barədə məlumatlandırıldıqları fikrindən çıxış edərək ümumi sığortanı və digər xidmətləri yerinə yetirmək üçün həmin şəxsi məlumatları saxlayır və istifadə edirik.

(ii) Qiymət təkliflərini əldə edilməsi və ödənişin həyata keçirilməsi. Sizin tərəfinizdən müraciət edildiyi kimi sığorta qiymətini yaratmaq üçün və bu cür ödənişi həyata keçirməniz üçün sizdən topladığımız şəxsi məlumatların müvafiq sığorta təminatçıları, agentlər və xidmət təminatçıları, konsultantlar və bazarın tədqiqatı və keyfiyyət təminatı şirkətləri ilə paylaşılması bizim üçün vacib məsələdir. Bu cür üçüncü tərəflər sizin şəxsi məlumatlarınızdan istifadə edən və onları işləyən zaman biz onlardan yalnız sizin şəxsi məlumatlarınızın hazırkı Məxfiliyə dair Siyasətə uyğunluq baxımından istifadə etmələrini tələb edəcəyik. Əgər bu cür üçüncü tərəflər sizin şəxsi məlumatlarınızdan digər məqsəd üçün istifadə etmək istəsələr, onda onlar bu haqda sizə məlumat vermək kimi hüquqi öhdəlik daşıyırlar, və tələb edildiyi təqdirdə, sizin razılığınızı almalıdırlar. Bu cür üçüncü tərəflər barədə daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın contact@marsh.com.

(iii) Agentlər və Xidmət Təminatçıları. Bəzən bizim adımızdan fəaliyyət və xidmət göstərmək üçün digər şirkət və ayrı-ayrı şəxslərlə müqavilə bağlayırıq, məsələn: bu sayta sahiblik etmək, e-poçt mesajları göndərmək və bizim adımızdan telefon zəngləri etmək. Onlar üzərilərinə düşən vəzifələri yerinə yetirmək üçün lazım olan ünvanlar kimi şəxsi informasiyalara çıxışa malik olurlar, lakin Marş-a xidmət göstərilməsindən başqa, digər məqsədlər üçün bu məlumatlardan istifadə etmələri qadağandır.

(iv) Biznes ötürmələri. Biz biznes fəaliyyətlərimizi inkişaf etdirməyə davam etdiyimizdən, biz aktivləri sata və ya ala bilərəm. Bu cür sövdələşmələrdə, şəxsi məlumatlar daxil olmaqla istifadəçi haqda məlumatlar ümumiyyətlə ötürülən biznes aktivlərindən biridir. Həmçinin, əgər Marş-ın özü, yaxud Marş-ın aktivlərinin böyük hissəsi alınarsa, sizin şəxsi məlumatlarınız ötürülən aktivlərdən biri ola bilər. Buna görə də, bu cür hallarda biz sizin şəxsi məlumatlarınızı üçüncü tərəf alıcıya ötürə və / və ya açıqlaya bilərik.

(v) Hüquqi məsələlər. Əgər Marş bu cür tədbirin aşağıdakılarla bağlı zəruri olduğunu hesab edərsə, onda Marş sizin haqda və ya sizin bu saytdan istifadə etməyiniz haqda şəxsi məlumatlarınızı qabaqcadan sizdən razılıq almadan açıqlamaq hüququna malikdir və bu hüququ özündə saxlayır: (a) MMCo-nın, işçilərinin, bu saytdan istifadə edən digər istifadəçilərin, yaxud ictimaiyyətin hüquqlarını, əmlakını və ya təhlükəsizliyini qorumaq və müdafiə etmək; (b) bu saytdan istifadə etmək üçün tətbiq edilən şərt və müddəaların hüquqi qüvvəyə minmələri; yaxud (c) hər hansı informasiyanın üçüncü tərəflərin hüquqlarını pozduğu iddiasına cavab verilməsi. Biz həmçinin hər hansı qüvvədə olan qanunun, prosedurun, məhkəmə baxışının tələblərini və ya hökumət tələbini yerinə yetirmək üçün zəruri hesab etdiyimiz təqdirdə, şəxsi məlumatları açıqlaya bilərik.

(vi) Marş-ın əməkdaşları: Biz sizin şəxsi məlumatlarınızı əməkdaşlarımıza və MMCo nəzdində çalışan və onun adından sizin şəxsi məlumatlarınızı işləyəcək digər işçilərə göndərəcəyik, hər şöbə üzərinə düşən öhdəlikləri yerinə yetirəcək: marketinq şöbəsi bütün marketinq fəaliyyətini yerinə yetirəcək. Əgər məsələ hüquqi məsələ olarsa, onda hüquqi şöbə bu məlumatları işləyəcək. Əgər işədüzəlmə və/və ya məşğulluq məsələsi olarsa, bu məlumatlara İR şöbəsi tərəfindən baxılacaq. Əgər məlumatların işlənməsi veb-saytın yenilənməsi ilə bağlı olarsa, onda İT şöbəsinə ötürüləcək və sonra müvafiq təşkilati strukturlara təqdim olunacaq. Bundan əlavə, şirkət əməkdaşların qiymətləndirilməsi və onlaırn karyerada irəliçəkilmələri və ya başqa işə keçirilmələri üçün şəxsi məlumatları işləyəcək. İT şöbəsi işçinin şəxsi məlumatlarını və müştərinin şəxsi məlumatlarını bu cür şəxsi məlumatlara çıxışın qaçılmaz olduğu sistemlərin və ya proqramların idarə edilməsi gedişatında işləyir.

Məlumatların xarici ölkələrə göndərilməsi

Sizin şəxsi məlumatlarınız yuxarıda göstərilən məqsədlərə çatmaq üçün və sistemin idarə edilməsi üçün Avropa İqtisadi Zonası ("AQZ") ölkələri kimi tutarlı mlumatların qorunması rejiminə malik olmayan istənilən ölkəyə ötürülə bilər. Marş dünyanın 100 ölkəsində ofislərə malikdir, zəhmət olmasa, şəxsi məlumatlarınızı göndərəcəyiniz bizim şirkətlər qrupunun siyasəti ilə tanış olmaq üçün zəhmət bura klikləyin. Toplanmış məlumatlarınız və ya şəxsi məlumatlarınızın bu ofislərdən keçməsi mümkün deyil – çünki biz sizin istədiyiniz ölkədə xidmətlər göstəririk.

Bu sayt vasitəsilə toplanan şəxsi məlumatlar Birləşmiş Ştatlarda işlənir və saxlanılır. Marş-ın veb-saytına sahiblik edən təchizatçısı ABŞ-ın Ticarət Nazirliyinin Avropa İttifaqından məlumatların toplanması, istifadəsi və ya saxlanması ilə bağlı irəli sürdüyü Aİ-nin Təhlükəsizik liman konsepsiyasına uyğun gəlir. Məlumatı alan Təhlükəsiz Liman konsepsiyasını qəbul etməmiş olarsa, biz əminik ki, sizin şəxsi məlumatlarınız digər tədbirlərdən istifadə etməklə adekvat şəkildə qorunacaq.

Əgər siz saytdakı digər bir şəxslə bağlı şəxsi məlumatları Marş-a təqdim etsəniz və bu cür şəxsi informasiya digər dövlət və ya ölkə tərəfindən qorunmuş olarsa, onda siz bu cür şəxsi məlumatlara tətbiq edilən və aidiyyəti, qüvvədə olan qanunlara uyğun gəlməlisiniz, şəxsi məlumatları Marş-a göndərdiyiniz təqdirdə, Marş həmin şəxsi məlumatları saytda elektron formada saxlayacaq və həmin şəxsi məlumatlardan hazırkı Məxfiliyə dair Siyasətə uyğun olaraq təşkilatınız üçün brokerlik və digər xidmətlər göstərən zaman istifadə edəcək.

Şəxsi məlumatlarınızın yenilənməsi

Özünüz haqqında malik olduğunuz şəxsi məlumatların dəqiq, bitkin olması və son tarixədək yenilənməsi vacib məsələdir. Əgər şəxsi məlumatlarınızda nə isə dəyişdirilərsə, siz hesab səhifənizdə şəxsi məlumatlarınıza düzəliş etməklə həmin məlumatları dəyişdirə bilərsiniz. Siz bunu həm də contact@marsh.com saytında edə bilərsiniz.

Saytdan istifadə qaydası

Əgər siz Marş-ın informasiya materialına şərh yazmısınızsa, yaxud Marş-ın müzakirələrində və ya çat bölməsində iştirak etmisinizsə, sizdən bunu aşağıdakı standartlara əməl edərək yerinə yetirməyi xahiş edirik:

  • Zəhmət olmasa, şərh yazarkən dəqiq və / və ya düzgün olun.
  • Zəhmət olmasa, ölkənizin qüvvədə olan qanununa əməl edin – bu Saytdan təhqiredici, alçaldıcı, nifrət və təxribatın yer aldığı məzmunda mesajın göndərilməsi üçün istifadə etməyin.
  • Başqalarının əqli mülkiyyət hüququnu pozmayın (məsələn, müəllif hüququ, əmtəə nişanları və ya məlumat bazası hüquqları).

Hər bir iştirakçının rəyi şəxsi rəydir və Marş-ın rəyini əks etdirdiyi kimi qəbul edilməməlidir.

Biz sizin şərhlərinizi veb-saytda yerləşdirilən şərhlərə nəzarət edən MMCo əməkdaşlarına ötürəcəyik. MMCo əməkdaşlarının sizin şəxsi məlumatlarınızı necə işləyəcəkləri haqda daha ətraflı məlumat əldə etmək üçün zəhmət olmasa, Sizin məlumatların Açıqlanması və ya onlardan istifadə edilməsi Bölməsinə; Marş Əməkdaşları barədə daha çıx məlumat əldə etmək üçün (iv) bəndinə baxın.

Kənar linklər

Marş məxfiliyə dair siyasətlərinə riayət etməyən digər veb-saytlara linkləri özünə daxil edir. Bizim serverləri tərk etdikdən sonra (siz öz veb brauzerinizdə ünvan sətrində URL-ni yoxlamaqla harada olduğunuzu söyləyə bilərsiniz), sizin təqdim etdiyiniz hər hansı şəxsi məlumatlardan istifadə daxil olduğunuz veb-saytın operatorunun məxfiliyə dair siyasəti ilə tənzimlənir. Həmin siyasət bizimkindən fərqlənə bilər. Əgər siz veb-saytın ana səhifəsindən link vasitəsilə bu veb-saytların məxfiliyə dair siyasətlərini tapa bilməsəniz, onda əlavə məlumat almaq üçün birbaşa veb-saytla əlaqə saxlamalısınız.

Təhlükəsizlik

Biz topladığımız, istifadə etdiyimiz və qoruyub saxladığımız şəxsi məlumatların təhlükəsizliyini təmin etmək, onların dəyişdirilməsinin, itirilməsinin, icazəsiz işlənməsinin və ya onlara daxil olmağın qarşısını almaq üçün və saxlanılan məlumatların son tarixə olmalarını, onların xüsusiyyətləri və insanlara və ya fiziki və təbii mühitə ola biləcək riskləri nəzərə almaqla lazım olan texniki və təşkilati tədbirləri qəbul etmişik. Buna baxmayaraq, bizin təhlükəsizlik tədbirlərimiz nə qədər səmərəli olarsa, təhlükəsizlik sistemi də bir o qədər toxunulmaz olacaqdır. Biz nə məlumat bazasının təhlükəsizliyinə, nə də sizin təqdim etdiyiniz şəxsi informasiyanın internet vasitəsilə bizə ötürülən zaman başqaları tərəfindən götürülməyəcəyinə zəmanət verə bilmərik. İnternetə və ya bu sayta daxil olan zaman kompüter parolunuzun son dərəcə etibarlı olmasını sizdən xahiş edirik. Biz saytlarımızda və ya saytlar vasitəsilə hər hansı proqramda zəif cəhətlərin ola bilməsi barədə söyləməklə üzərimizə məsuliyyət götürürük.

Məşğulluqla bağlı məlumatlar

Hazırkı Sayt sizin bizə CV və ya ərizə forması təqdim etməyinizə, yaxud da bu sayt vasitəsilə iş üçün müraciət etmək imkanı yarada bilər. Əgər siz bu məqsədlər üçün məlumat təqdim edirsinizsə, sizin ixtisasınızı və təcrübənizi qiymətləndirmək və Marş-da və ya onun törəmə şirkətlərində sizin maraqlanacağınıza əmin olduğumuz vəzifələrlə bağlı əlaqə yaratmaq üçün biz şəxsi məlumatlardan istifadə edəcəyik (məlumatın ötürülməsi halı da mümkündür).

Biz sizin şəxsi məlumatlarınızı ərizənizə baxılması məqsədilə digər MMCo üzvlərinə ötürə bilərik. MMCo əməkdaşları sizin şəxsi məlumatlarınızı necə işləyəcəkləri barədə daha ətraflı məlumat əldə etmək üçün zəhmət olmasa, Sizin məlumatların Açıqlanması və ya onlardan istifadə edilməsi Bölməsinə; Marş Əməkdaşları barədə daha çox məlumat əldə etmək üçün (iv) bəndinə baxın.

Məxfiliyə dair Siyasətin yenilənməsi

Hazırkı Məxfiliyə dair Siyasət son dəfə 2012-ci ilin 8 may tarixində yenilənib. Biz vaxt keçdikcə bu Məxfiliyə dair Siyasəti yeniləyə bilərik. Bunu etdiyimiz zaman bizim Məxfiliyə dair Siyasətimizdəki dəyişikliklər dərhal qüvvəyə minəcək. Əgər siz bu Saytdan müntəzəm şəkildə istifadə edirsinizsə, bu Məxfiliyə dair Siyasəti müntəzəm əsasla yoxlamağı sizə tövsiyə edirik.

Əlaqə məlumatları

Hazırkı Məxfiliyə dair Siyasətlə bağlı Suallar bu forma vasitəsilə bizə göndərilə bilər: əlaqə forması, yaxud da aşağıdakı ünvana yazıla bilər:

Marş Sığorta və Təkrarsığorta üzrə Broker MMC
45A, Khagani Street
3rd floor Landmark II
1010 Baku, Azerbaijan