Şərtlər və Qaydalar

Bu veb sayt Maliyyə Nəzarəti üzrə Təşkilat (FSA) ilə tənzimlənən Marş Sığorta və Təkrarsığorta üzrə Broker MMC tərəfindən idarə olunur. Zəhmət olmasa, bu qayda və şərtləri ("Şərtlər") diqqətlə oxuyun. Bu veb sayta daxil olmaqla siz Marşın bütün şərtləri, habelə Məxfilik Siyasəti ilə razılaşdığınızı bildirirsiniz.

Istifadə şərtləri

  1. Marşın informasiyanın veb sayta daxil edilən zaman düzgün olması üçün bütün məntiqli səy göstərməsinə baxmayaraq, informasiya natamam olarsa, düzgün olmazsa, yaxud da köhnə informasiya olarsa, buna görə Marş məsuliyyət daşımır.

  2. Bu saytda nəzərdə tutulan hallar istisna olmaqla, Marş sizin istifadə etdiyiniz veb saytlara, onların məzmununa, göndərdiyiniz və ya aldığınız mesajlara görə cavabdehlik daşımır.

  3. Bu veb saytla bağlı bütün indiki və gələcək müəllif hüquqları, əmtəə nişanları və digər əqli mülkiyyət hüquqları Marş və onun lisenziyaları tərəfindən təsbit olunmuşdur. Siz bu şərtlərə uyğun olaraq veb saytdan istifadə üçün məhdud hüquqdan başqa veb saytla bağlı heç bir hüquq əldə etmirsiniz. Siz Marşın və lisenziyaların mülkiyyət hüquqlarını qorumağa və hər hansı bir icazəsiz giriş və ya hər hansı mülkiyyət hüququnu pozacaq saytdan istifadə ilə bağlı xəbərdar olduğunuz zaman bu haqda yazılı surətdə (əlaqə məlumatları aşağıda verilir) Marşa dərhal məlumat verəcəyinizə razılıq verirsiniz.

  4. Siz yalnız öz şəxsi qeyri-kommersiya istifadəsi üçün və ya təşkilatın qeyri-kommersiya istifadəsi üçün bu saytdan informasiyanı və ya hansı bir məzmunu çap və ya yükləyə bilərsiniz. Siz bu sayta daxil olan məlumatlardan satış üçün və ya satış məqsədi ilə təklif kimi istifadə edə bilməzsiniz. Siz bu veb saytı başqa veb saytların tərkib hissəsi kimi və yaxud hiperlink vasitəsilə istifadə edə bilməzsiniz , istisna hal kimi Marş tərəfindən sizə yazılı şəkildə səlahiyyətlər verilməlidir. Siz icazə almaq üçün yazılı şəkildə və yaxud e-poçt vasitəsilə aşağıdakı detalları nəzərə alaraq Marşa müraciət edə bilərsiniz (əlaqə üzrə məlumatlar aşağıdadır): (a) adınız və ya linklərə məsuliyyət daşıyan texniki əlaqə şöbəsinin adı; (b) şirkətinizin adı; (c) sizin və ya linklərin elektron poçt ünvanı və ya texniki işlər üzrə məsul şəxsin əlaqə nömrəsi; və (d) Ana Səhifə linki görünəcəyi veb saytın ünvanı. Heç bir halda siz Marşın adından və ya Marş brendindən səhvən istifadə edə bilməzsiniz, belə bir istifadə yalnız Marşın istəyi ilə ola bilər.

  5. Siz hər hansı bir qeyri-qanuni məqsədlər üçün bu veb saytdan istifadə etmirsiniz və xüsusilə də alçaldıcı, ədəbsiz və təhqiramiz olan və istənilən şəxsin şəxsi həyatına müdaxilə edən linkləri göndərmir, istifadə etmir, surətini çıxarmır və buna imkan vermirsiniz. Siz hər hansı bir arzu olunmayan reklam və ya reklam materialını, spam və ya oxşar materialları, yaxud bu veb saytın əməliyyatına müdaxilə edəcək və ya digər istifadəçilərin bu veb saytdan istifadəsini mümkün etməyəcək mesajları göndərməməyə razılıq verirsiniz.

  6. Marş bildiriş vermədən istənilən vaxt saytı və yaxud saytın hər hansı bir məlumatını genişləndirmək, modifikasiya etmək, dəyişdirmək, fəaliyyətini məhdudlaşdırmaq və yaxud tamamilə dayandırmaq hüququna malikdir.

  7. Əldə etdiyimiz informasiya Məxfiliyə dair Siyasət və ya sizin təlimatlarınızdan başqa, məxfi informasiya sayılacaq və açıqlana bilməz.

    Bizim müştərilər üçün xidmətlər normal şəkildə aparılan zaman, Marsh & McLennan Companies Group ("MMC") daxilində informasiya mübadiləsi edilə bilər və bu informasiyalardan həm də tədqiqat və statistik məqsədlər və cinayətlərin qarşısının alınması üçün istifadə edilə bilər. Bu məqsədlər üzrə və sistemin idarə edilməsi üçün informasiya Avropa İqtisadi Zonasından kənar ölkələr daxil olmaqla istənilən ölkəyə ötürülə bilər. Ondan həmçinin müştərilərimizi bizim maraqlı olacağı hesab etdiyimiz məhsul və xidmətlərlə bağlı məlumatlarla təmin etmək üçün istifadə edilə bilər.

    Müştərilərimiz (yaşayan şəxslərlə bağlı onların adları, ünvanları, yaxud digər məlumatlar) olan şəxslər bizə şəxsi məlumatlarını təqdim edən zaman biz həmin məlumatları saxlayır və onlardan həmin məlumatlara aidiyyəti olan müştərilər üçün ümumi sığorta fəaliyyəti və digər xidmətlər zamanı və məlumatların alınması səbəblərini və bunların üçüncü tərəflərə açıqlanması səbəblərini MMC Şirkətlər Qrupu olaraq başa düşərək istifadə edirik.

  8. Bununla da Siz bu veb saytdan düzgün istifadə etməməyinizin və ya bu şərtləri pozmağınızın nəticəsində Marşa qarşı yaranan və ya onun üzləşəcəyi xərcləri, iddiaları, itkiləri və ziyanları (məhkəmə haqları daxil olmaqla) ödəməyə razılıq verirsiniz.

  9. Bu veb sayt Marşın nəzarət etmədiyi digər saytların linklərini təqdim edə bilər. Marş başqa belə saytlarda olan məlumatın dəqiqliyinə və ya başqa hər hansı bir məzmuna və fəaliyyətinin təhlükəsizliyinə görə heç bir məsuliyyət daşımır. Belə saytlardan istifadə Sizin üçün risklidir.

  10. Bu şərtləri poduğunuz zaman, Marş öz seçimi ilə sizin veb sayta çıxışınızı dayandıra və gələcəkdə daxil olmağınıza qadağa qoya bilər.

  11. Bu veb sayt xüsusi olaraq göstərilməyənədək, heç bir zəmanət və ya təminat olmadan, sizə pulsuz təqdim edilir və Marş sizin qarşınızda (səhlənkarlıq və ya dələduzluq nəticəsində bədən xəsarəti və ya ölüm halı istisna olmaqla) hazırkı veb saytdan yaranan və ya onunla bağlı olan müqavilə, sövdələşmə (səhlənkarlıq daxil olmaqla) heç bir məsuliyyət daşımır. Sizin yeganə çıxış yolunuz bu veb saytdan istifadəni dayandırmaqdır. Maşın məsuliyyəti səhlənkarlığı nəticəsində birbaşa yaranan ölüm və ya bədən xəsarəti halında məhdud hesab olunur.

  12. Marş tərəfindən bu şərtlər vaxtaşırı dəyişdirilə bilər. Belə dəyişikliklərdən sonra sizin veb saytdan istifadə etməyiniz həmin dəyişiklikləri qəbul etməyiniz deməkdir.

  13. Bu şərtlər və qaydalar, həmçinin bu veb saytda olan informasiya İngiltərə qanunları ilə tənzimlənir. Məhkəmə buna görə müstəsna səlahiyyətə malikdir.

  14. Bu veb sayt və ya Marş ilə bağlı yaranan hər hansı bir sualınız və ya sorğunuz olarsa, bu forma vasitəsilə və yaxud aşağıda göstərilən ünvana bizə yaza bilərsiniz:

    Marş Sığorta və Təkrarsığorta üzrə Broker MMC
    45A, Khagani Street
    3rd floor Landmark II
    1010 Baku, Azerbaijan